Rusiya prezidenti Vladimir Putinin sevgili olduğu iddia edilən gimnast Alina Kabaeva ilə gizli evləndiyi deyilir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bugünlərdə Alinanın barmağında nişan üzüyünün olması iddiaları gücləndirib. Rus mediası 33 yaşlı Kabaeva ilə 64 yaşlı Putinin evləndiyini yazıb.

Ötən il evləndiyi deyilən prezident və gimnastın uşaqları da olduğu söylənilir.

Qeyd edək ki, Putinin 2014-cü ildə 31 illik xanımı Lyudmiladan ayrılmasını da Kabaeva ilə əlaqələndirirlər.