Xəbər verdiyimiz kimi, bu gün Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən dönərxanada partlayış qeydə alınıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Unikal.org-a açıqlamasında bildirib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

"Hazırda yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan birində qanaxma müşahidə olunub. Digərlərində isə kəsiklər müşahidə olunur".



3 saylı Şəhər Klinik Xəstəxanasından bildirilib ki, partlayış nəticəsində 1963-cü il təvəllüdlü Rüstəmova Naridə Rüstəm qızı, 1994-cü il təvəllüdlü Əlifxanlı Şəhriyar Əlimusa oğlu, 1992-ci il təvəllüdlü Bayramov Rəfael Nəsrəddin oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Əlimusa oğlu və 1978-ci il təvəllüdlü Hüseynova Sima Ağalar qızı xəsarət alıblar.

 
Xəstəxanadan bildirilib ki, onların vəziyyəti orta-ağırdır.(apa)

***13:29

Sabunçu rayonu, Zabrat qəsəbəsində partlayış baş verib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə "Ayxan" marketlə üzbəüz olan dönərxanada qeydə alınıb.

Nəticədə çoxlu sayda insanın yaralandığı bildirilir.