"Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatında fəal rol oynayır".

Unikal.org xəbər verir ki, bunu fevralın 21-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Mehriban Əliyevanı Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edən dövlət başçısı diqqətə çatdırıb: "Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Bu partiya ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə çatır. Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır. Depuat kimi çox böyük işlər görüb. Təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli işində böyük addımlar atıb".