Ötən il keçirilən referendumun nəticələrinə görə təsis edilən Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsində, heç şübhəsiz, hamı Mehriban xanım Əliyevanı görürdü.

Unikal.org-un məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "facebook səhifəsində yazıb.

"Əminəm ki, Mehriban xanım bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaq, - deyə o qeyd edib.