Xəbər verdiyimiz kimi, bu ilin fevral ayında Azərbaycan prezidenti İlham Əliyevin 53-cü Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfəri reallaşdı. Ölkə başçısı səfər çərçivəsində bir çox panellərdə iştirak etdi. Prezident eyni zamanda, Avropa və digər ölkələrin dövlət rəhbərləri, rəsmiləri ilə görüşdü. Keçirilən görüşlərdə ikitərəfli əlaqələrin inkişafı və xüsusən də Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi apardı. Bir sözlə, ölkə rəhbərinin Almaniya səfəri dövlətimiz üçün məhsuldar keçdi.

Unikal.org prezident İlham Əliyevin Münxen səfəri ilə bağlı Azərbaycan müxalifətinin fikirlərini öyrənib.

Image result for fazil mustafaBöyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa Unikal.org-a açıqlamasında bildirib ki, İlham Əliyevin Münxendə keçirdiyi görüşlər, səsləndirdiyi fikirlər Azərbyacan üçün gələcəkdə faydalı nəticələri ortaya qoya biləcək: "Prezident İlham Əliyevin bu səfər çərçivəsində keçirdiyi görüşləri müsbət qiymətləndirirəm. Bu görüşlərin hamısı əhəmiyyətlidir. Münaqişənin həllinə təsir göstərmək bir anın içərisində olmur. Bu cür görüşlər, təmaslar, inandırmalar, dünya siyasətinin gündəminə gətirmələr əvvəl-axır bu istiqamətdə bir irəliləyişin əldə olunmasına səbəb olacaq. Prezidentin budəfəki Münxen səfəri kifayət qədər məhsuldar oldu. Hesab edirəm ki, ölkə başçısının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında belə bir mötəbər tədbirdə yüksək səviyyədə müzakirələr aparması, Azərbaycanın haqlı mövqeyini gündəmə gətirməsi tam olaraq ölkəmizin maraqlarına uyğun bir haldır və bunun davam etməsi ümumən ölkəmiz üçün gələcəkdə faydalı nəticələri ortaya qoya biləcək. Xüsusilə Azərbaycanla Avropa arasında enerji sahəsində müəyyən münasibətlərin gələcək üçün çox böyük faydası olacaq.

Image result for araz əlizadəAzərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin sözlərinə görə, İlham Əliyevin Münxendə keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artmasını sübut edir: "Münxen Təhlükəsizlik Konfransı dünya siyasətçilərinin toplaşdığı və bir növ saatlarını uyğunlaşdırdığı bir tədbirdir. Cənab prezident orada çox uğurlu görüşlər keçirdi. Azərbaycanın ən ağrılı yeri olan Dağlıq Qarabağ problemi haqqında danışdı. Keçirilən görüşlər bir daha sübut etdi ki, Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. Burada bacarıqlı diplomat olan prezidentin böyük xidməti var.

Image result for sərdar cəlaloğluAzərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, Azərbaycanın Avropaya inteqrasiyası baxımından bu səfər təqdirəlayiqdir. O, Unikal.org-a açıqlamasında prezidentin səfəri ilə bağlı bunları deyib: "Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması və inkişafı vacibdir. İlham Əliyevin bu səfərini də müsbət dəyərləndirirəm. Dağlıq Qarbağ məsələsi bir və ya iki səfərlə həll olunacaq məsələ deyil. Nəzərə alsaq ki, Almaniya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi deyil. Almaniyanın burada mövqeyini ciddi qəbul etmək olmaz. Ümumilikdə dövlət başçısının səfərini məhsuldar hesab edirəm.

Image result for fəzail ibrahimliVətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədrinin ideologiya məsələlər üzrə müavini, Milli Məclisin deputatı Fəzail İbrahimli Unikal.org-a deyib ki, prezident İlham Əliyev Münxen konfransında Dağlıq Qarabağ probleminin bütövlüyünü ortaya qoydu: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahibidir. Təsadüfi deyil ki, Amerikanın və Rusiyanın qərərgah rəisləri görüş məkanı olaraq Bakını seçdi. Çünki bu gün Azərbaycan dünyada balanslaşdırılmış siyasət yeridir. Heç bir dövlətin qoltuğuna sığınmır. Keçən illərdəki təcrübədə şahidi olduq ki, Avropa Parlamenti dalbadal qərarlar qəbul etdi, Azərbaycanı qaraladı, hədə-qorxu gəlmə ilə Azərbayandan nəsə qoparmaq istədilər, saxta soyqırımı məsələsində Ermənistanı dəstəklədilər. Bir daha ayılıb gördülər ki, dünya dəyişib, Azərbaycan tamamilə müstəqil bir məmələkətdir. Cənubi Qafqazda hər hansı bir addım atmaq üçün təbii ki, prezident İlham Əliyev Münxenə dəvət olundu. Burada ayrı-ayrı dövlət başçıları ilə görüşlər keçirdi. Ən əsası isə cənab prezident söz sahibi olan müstəqil ölkənin rəhbəri kimi danışdı. Burada Dağlıq Qarbağ probleminin bütövlüyünü ortaya qoydu. O, dünya ictimaiyyətinə çatdırdı ki, BMT artıq böyüklük etmək hüquqlarından məhrum olunmaq üzrədir, bu qurumun qərarları yerinə yetirilmir, dünya ikili standartda hərəkət edir, Avropanın mövqeyi dürüst deyil. Dövlət başçısı Dağlıq Qarabağ məsələsinin həll olunması, cinayətkarın cəzalandırılması ilə bağlı çağırış etdi. Bütün bunlar hamısı Münxen səfərinin Azərbaycan diplomatiyasında xüsusi yeri olduğunun göstəricisidir. Hər bir Azərbaycan vətəndaşı üçün bu səfərin uğurlu olduğu tam aydındır.

H.Babayev