Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Unikal.org-un məlumatına görə, iclasda Premyer Liqanın 19-cu turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Fevralın 18-də Premyer Liqanın XIX turunun "İnter - "Zirə matçında "İnter klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 74-cü dəqiqəsində "Zirə klubunun 1 â„–-li futbolçusu Anar Nəzirov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Fevralın 19-da Premyer Liqanın XIX turunun "Sumqayıt - AZAL matçının birinci hissəsi bitdikdən sonra "Sumqayıt klubunun baş məşqçisi Samir Abasov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, bu hal ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat cərimə olunub.

Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə kluba daha ağır sanksiya tətbiq olunacaq.

"Qəbələ - "Qarabağ matçı ilə bağlı isə İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

-¢ "Qəbələ və "Qarabağ klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 800 manat cərimə olunur.

-¢ Qəbələ və "Qarabağ klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 1600 manat cərimə olunur.

-¢ "Qəbələ klubunun azarkeşləri tərəfindən təhqiredici pankartların açılmasına görə klub 4000 manat cərimə olunur.