İsmayıllı rayonunda fərdi yaşayış evində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, hadisə bu gün rayonun Çəmənli kəndində qeydə alınıb. 

Vətəndaşa məxsus ümumi sahəsi 88 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Yanğın nəticəsində xəsarət alan omayıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.