"Prezident İlham Əliyev tərəfindən Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsini böyük ruh yüksəkliyi ilə qarşıladım 

Bunu unikal.org-a Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib. 

O deyib: "Mən bu sərəncamı çox böyük ruh yüksəkliyi ilə qarşıladım. Azərbaycan xalqının mütləq əksəriyyəti bu qərarı alqışlayır. Mehriban xanımı bu münasibətlə təbrik edir, yüksək şərəfli və məsuliyyətli işində böyük uğurlar arzulayırıq. Bundan sonra da uğur qazanacağına isə çox böyük inamımız var. Deməliyəm ki, bu vəzifəyə təyin olunmaq haqqını o, öz fəaliyyəti ilə qazanıb. Xalqa, dövlətə, milli və bəşəri dəyərlərə sədaqəti, yüksək idealların bərqərar olunması üçün xidməti ilə əldə edib. Ona görə bu təyinat münasibəti ilə həm Mehriban xanımı ürəkdən təbrik edirəm, həm də bu uğura sevinən Azərbaycan vətəndaşlarını.

Milli Məclis sədrinin müavinin Mehriban xanımın fəaliyyəti ilə bağlı geniş müsahibəsi qısa müddət ərzində yayımlanacaq. 

Amid Əyyuboğlu