Fevralın 22-də saat 10:00-dan 16:00-dək SOCAR-ın "Qaz İxrac" İdarəsinin Ağdam Magistral qaz kəmərləri sahəsinin balansında olan "Kətəlparaq" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Unikal.org xəbər verir ki, təmir müddətində Bərdə rayonun Kətəlparaq, Şirvannı, Uğurbəyli, Dəymədağlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.