Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Mehriban xanım Əliyevanı birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik edib.
Unikal.org xəbər verir ki, AHİK-dən göndərilən təbrik məktubunda deyilir:

"Azərbaycan Respublikasının birinci vitse-prezidenti, möhtərəm Mehriban xanım Əliyevaya!
Çox hörmətli Mehriban xanım!
Sizi, Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməyiniz münasibətilə Azərbaycan Həmkarlar ittifaqlarının çoxminli üzvləri adından və şəxsən öz adımdan səmim-qəlbdən təbrik edir, yüksək dövləti vəzifənizdə Sizə Azərbaycanımızın gələcək inkişafı və tərəqqisi naminə uğurlu fəaliyyət arzulayırıq.
Sizin Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi çoxşaxəli fəaliyyətiniz, bilavasitə rəhbərliyiniz və təşəbbüsünüzlə həyata keçirilən layihələrin, həmçinin fəal parlament fəaliyyətinzin istər ölkə daxilində, istərsə də xaricdə böyük rəğbət qazandığı bütün xalqımıza məlumdur. 1995-ci ildə təsis etdiyiniz Azərbaycan Mədəniyyət Fondu və 2004-cü ildən rəhbəri olduğunuz Heydər Əliyev Fondu tərəfindən ölkənin mədəni irsinin geniş şəkildə təbliğ edildiyi, ələlxüsus da Heydər Əliyev Fondunun respublikanın daxilində və xaricdə çox önəmli sosial və mədəni layihələr həyata keçirməsi bilavasitə Sizin adınızla bağlıdır.
Sizin xeyriyyəçilik fəaliyyətinizdə uşaqlara və yaşlı insanlara qayğı xüsusi yer tutur. Siz onların qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün mühüm işlər görürsünüz, Məhz Sizin təşəbbüsünüzlə yeni məktəblər, xəstəxana binaları, musiqi tədris müəssisələri inşa olunub, Respublika Talassemiya Mərkəzində keçirilən qan donorluğu, habelə ana südü ilə qidalandırma üzrə maarifləndirmə aksiyalarının, eləcə də xüsusi ehtiyacı olan uşaqlar üçün yay düşərgələrinin təşkili, ahıllara istər tibbi, istərsə də maddi yardım göstərilməsi Sizin əvəzsiz xidmətlərinizdir.
Zəngin milli musiqi irsimizin təbliği ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə müasir Muğam Mərkəzinin inşasının Azərbaycan muğamına yeni nəfəs gətirməsi, bu xalq musiqisinin Fondun xətti ilə xarici ölkələrdə təşkil edilən mədəniyyət tədbirlərində xüsusi yer tutduğunu fərəhlə qeyd etmək olar. Həmçinin dünyanın müxtəlif ölkələrindən istedadlı musiqiçilərin iştirak etdikləri Beynəlxalq Qəbələ Musiqi Festivalının müntəzəm şəkildə keçirilməsində də Fondun dəstəyi önəmli yer tutur.
Çox hörmətli Mehriban xanım!
Rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun mədəniyyətlər arasında əməkdaşlıq və dialoq platformasının qurulmasında fəal iştirakı sayəsində dünya mədəniyyətində, eləcə də qlobal bəşəri dəyərlər, sülh və tolerantlıqda öz izini qoyub. Luvr muzeyində İslam incəsənəti bölməsi yaradılıb, Versal sarayının parkında, Luvr Muzey Kompleksində, Berlin şəhər sarayında və digər
Avropa şəhərlərində qədim tarixi binalar bərpa edilib. Eyni zamanda, Fondun Vatikanda qədim əlyazmaların bərpasını, eləcə də Romada Kapitolini Muzeyinin "Filosoflar zalının təmiri həyata keçirilib.
Tolerantlıq və sülh dəyərlərinin Heydər Əliyev Fondunun həm daxili, həm də xarici fəaliyyətində başlıca hədəfləri kimi Siz Azərbaycanda dini tolerantlığın mövcud olduğunu, müxtəlif din mənsublarının sülh içində birgə yaşadıqlarını nümayiş etdirən, qlobal səviyyədə dinlərarası dialoqu təşviq edən tədbirlər təşkil etmisiniz. "Azərbaycan - tolerantlıq diyarı şüarı altında Fondun bir çox məscid və kilsənin inşasına və ya təmirinə dəstək göstərmisiniz.
Bundan əlavə, Heydər Əliyev Fondunun Rusiya, Pakistan və digər ölkələrdə müxtəlif xeyriyyə aksiyaları təşkil edilib. Pakistanda peyvənd aksiyalarının, açıq ürək əməliyyatlarının keçirilməsi, göz xəstəxanasına və talassemiya mərkəzinə ianələrin təqdim edilməsi, qan donorluğu aksiyalarının təşkil olunması da Sizin xidmətlərinizdir.
Bütün bu nəcib əməllərə görə Siz, 2004-cü və 2006-cı illərdə müvafiq olaraq UNESCO və ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xoşməramlı səfiri adını qazanmısınız.Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyiniz dövründə bu idman növündə canlanma yaratmısınız.
2015-ci ildə Azərbaycanda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi məhz Sizin sədrlik etdiyiniz Təşkilat Komitəsinin adı ilə bağlıdır. 2017-ci ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları üzrə Təşkilat Komitəsinin sədri missiyasının da Sizə həvalə edilməsi dövlətimiz və xalqımız qarşısında göstərdiyiniz misilsiz xidmətlərin bariz göstəricisidir.
Sizin çoxşaxəli və yorulmaz fəaliyyətinə verilən yüksək mükafatlar arasında Fransanın "Şərəf Legionu ordeninə, Pakistanın ən ali dövlət mükafatı olan "Hilal e Pakistan ordeninə, Polşa Respublikasının "Xidmətlərə görə Böyük Komandor Xaçı ordeninə, Serbiya Dövlət Ordeninə, eləcə də Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatına, UNESCO-nun "Qızıl Motsart medalına, "Qızıl ürək beynəlxalq mükafata və digər tüksək mükafatlara iayiq görülməyiniz görkəmli ictimai xadim kimi əməyinizə verilən yüksək qiymətin və dəyərin təzahürüdür.
Çox hörmətli Mehriban xanım!
İcazə verin, bir daha Sizi yüksək dövlət vəzifəsinə təyin olunmağınız nünasibətilə ürəkdən təbrik edim, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayım.