"WhatsApp messencerində "Status adlı yeni funksiya istifadəyə verilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp messencerində şəkil və çarxlar dərc edildikdən 24 saat sonra lentdən silinəcək. "Statusun digər analoji layihələrdən əsas özəlliyi dərc edilən mesajların şifrlənməsidir. İstifadəçi paylaşımını kimlərin görə biləcəyini özü müəyyən edəcək.

Yeniliyin əsas üstünlüyü istifadəçilərin həyatında baş verənlərdən tez bir zamanda kontakt siyahısındakı dostların xəbərdar olmasındadır.