Hollandiya parlamenti tibbi məqsədlər üçün marixuananın istifadəsini leqallaşdıran qərarı səs çoxluğu ilə qəbul edib.

Unikal.org "Reutersə istinadən xəbər verir ki, ölkədə marixuananın istifadəsi və becərilməsi leqallaşdırılmaya qədər texniki olaraq qanunsuz hesab olunurdu.

Parlamentdə keçirilən səsvermənin nəticələrinə görə isə marixuananın yetişdirilməsi və satışı artıq leqal hesab olunur.