Liviya sahillərindəAralıq dənizi vasitəsilə Avropaya getmək istəyən 87 qanunsuz miqrantın cəsədi aşkarlanıb.

Unikal.org-un "Tass.ruya istinadən verdiyi xəbərə görə, bu barədə Liviya Qızıl Aypara Cəmiyyətinin məlumatında bildirilir.

Həlak olanların meyiti ölkənin şimal-qərbində yerləşən Ez-Zaviya şəhəri yaxınlığında sahildə tapılıb.

Miqrasiya üzrə Beynəlxalq Təşkilatın hesabatında qeyd olunur ki, 2016-cı ildə Aralıq dənizi sahillərində 5 mindən çox miqrantın cəsədi aşkarlanıb. Bu ilin əvvəlində isə ölənlərin sayı 300 nəfəri ötüb.