Ukrayna 20 fevral 2017-ci il tarixində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilən qondarma "referendum"u tanımır və onu qeyri-legitim hesab edir.

Unikal.org xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, "referendum" Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn pozulması deməkdir və heç bir hüquqi nəticə kəsb etmir.