Ermənistan Azərbaycanla həmsərhəd kəndləri silahlandıracaq.

Unikal.org xəbər verir ki, təmas xəttində hərbi gərginlik zamanı əhəmiyyətli obyektlərin qorunması üçün yerli sakinlərə silah verilməsi nəzərdə tutulur.

Bundan başqa, hökumət kənd məktəblərinin və bağçaların önündə sədlərin çəkilməsini, ayrı-ayrı yerlərdə bunker tikintisini planlaşdırır.

Bu planları icra etmək üçün Nazirlər Kabineti yanında müdafiə naziri Viqen Sarkisyanın başçılığı altında komissiya yaradılacaq.