ABŞ-ın Missisipi ştatında atışma nəticəsində 4 nəfər ölüb.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, insident Loderdeyl dairəsində qeydə alınıb. Fərdi evlərdən birində üzərində güllə yarası olan dörd meyit aşkarlanıb. Evdə aşkarlanan azyaşlı uşaq insident nəticəsində xəsarət almayıb.

Polis hadisənin motivlərini və təfərrüatlarını araşdırır.