Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, fevralın 20-də saat 12 radələrində Sumqayıt şəhərində şəhər sakini Ələkbər Ələkbərovun idarə etdiyi "Daewoo markalı avtobuusla yolu keçən həmyerlisi Gülnaz İsmayılovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada fevralın 21-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.