Etibarlı mənbədən əldə edilən məlumata görə Daxili İşlər Nazirinin əmri ilə Təhqiqat İdarəsinin rəisi, İstintaq və Təhqiqat İdarəsinin rəis müavini polkovnik Emin Usubov İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin olunub.  Emil Usubov Daxili İşlər Naziri Ramil Usubovun böyük oğludur.

Unikal.org SalamNews-a istinadən xəbər verir ki, bir neçə gün öncə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.