Bakıda bu gün 2 evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 m2 sahədə, 1 ədəd soyuducu və televizor yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Bakı şəhəri, Sabunçu rayonunda qeydə alınıb. Rayonda vətəndaşa məxsus ümumi sahəsi 136 m2 olan birmərtəbəli 4 otaqlı evin 3 otağının, mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə və dam örtüyü 55 m2 sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 11:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.