Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanın birinci xanımı, Mehriban Əliyevanın 1-ci vitse-prezident təyin olunmasına münasibət bildirib. 

O, Unikal.org-a eksklüziv açıqlamasında bu qərarı yüksək qiymətləndirdiyini deyib: "Olduqca sevindirici, unikal haldır. Cənab prezident tərəfindən Mehriban xanım Əliyevanın 1-ci vitse-prezident olması ilə bağlı qərarı uğurlu təyinatdır. Bu sərəncam hər birimizi çox sevindirdi. Mehriban xanıma fəaliyyətində uğurlar arzulayırıq.
MSK sədri Mehriban xanım Əliyevanın mandatı ilə bağlı məsələyə də toxunub: "Burada heç bir problem görmürəm. Mehriban xanımın özü bununla bağlı müraciət etməlidir. Onun adından müraciət daxil olan kimi bu məsələyə baxacağıq.

Elvin Rüstəmov