ABŞ-ın yeni prezidenti Donald Trampın model xanımından sonra gözəl qızı İvanka medianın gündəminə gəlib.

Unikal.org İvanka Tramp haqqında maraqlı faktları təqdim edir:

İvanka Tramp müasir amerikalı qızlara parlaq nümunədir: 35 yaşında o, artıq xoşbəxt qadın və üç uşaq anası, biznes ledi, səxavətli xeyriyyəçi və uğurlu yazıçılığa qədər yüksəlib. İvanka 3 uşaq doğurmasına baxmayaraq fit bədənindən və gözəlliyindən heç bir şey itirməməsi diqqətləri çəkir.

Instagramda tez-tez fotoşəkillər paylaşan İvanka bu yaxınlarda Kanada Baş nazirin Ağ Evi ziyarəti zamanı atasının kreslosuna oturub poza verməsiylə "gələcəyin dövlət başçısı" adını da qazanmışdır. İzləyicilərinin bəziləri onu tənqid etmiş və bəziləri də gələcəyin dövlət başçısı kimi gördüklərini vurğulamışdılar.
Hətta ABŞ-ın mətbuatı İvankanın Kanadanın baş nazirinə baxışlarına görə vurulduğundan da yazmışdılar.