"Facebook administrasiyası Rusiya Müdafiə Nazirliyinin "Zvezda telekanalının sosial şəbəkədəki rəsmi səhifəsini blok edib.

Unikal.org xəbər verir ki, səbəb səhifədə Ukraynanın separatçı Donbas bölgəsində fəaliyyət göstərən "Somali batalyonunun komandiri olmuş Givi ləqəbli Mixail Tolstıx haqda yazı yerləşdirilməsidir.

"Facebookdan bildiriblər ki, bu yazı sosial şəbəkənin normalarına ziddir. "Instagramda bu məqaləyə qoyulan istinad da silinib.

"Zvezdanın rəhbərliyi məsələ ilə bağlı "Facebookla əlaqə yaratmağa çalışır.

Qeyd edək ki, Ukraynanın terrorçu saydığı M.Tolstıx fevralın 8-də "Somali batalyonunun Donetsk şəhəri yaxınlığında yerləşən bazasında öldürülüb.