Aprelin 1-dən etibarən Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınacaq.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətindən  Unikal.org-a verilən məlumata görə, İsveçrə frankının Azərbaycan manatına qarşı bu günə olan məzənnəsinə uyğun olaraq, Bakıdan Tbilisiyə kimi gediş haqqı, yataq dəstinin istifadəsi və komisiyon yığımı daxil olmaqla, plaskart vaqonda - 30,16 AZN, kupe vaqonda - 44,50 AZN və SV vaqonda - 83,77 AZN təşkil edir. Gediş haqqları aşağı salındıqdan sonra isə bu günə olan məzənnə ilə gediş haqqı plaskart vaqonda - 24,54 AZN, kupe vaqonda -35,32 AZN və SV vaqonda -58.43 AZN təşkil edəcək.

Qeyd edək ki, İsveçrə frankının Azərbaycan manatına olan məzənnəsi dəyişdiyi halda gediş haqqı da uyğun olaraq dəyişdiriləcək.