"Neftqaztikinti trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oğlu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın "B korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılıb.

Unikal.org xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində baş verib.

R. Yusifov aldığı xəsarətdən ölüb. Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb. 

Hadisənin baş vermə səbəbləri araşdırılır.