"Qoşunlardan hər an istifadə edə bilər, sərhədlərimiz təhlükə altındadır"

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya ilə genişmiqyaslı müharibə təhlükəsinin olduğunu bəyan edib.

Unikal.org-un "RİA Novosti" saytına istinadən verdiyi məlumata görə, prezident müharibənin hər an başlaya biləcəyini bildirib.

"Rusiyanın cənub-şərqdə, Dnestryanı bölgədə hərbi kontingenti var. Rusiya bu bölgələrdəki qoşunlarından ölkəmizə hücum etmək üçün hər an istifadə edə bilər, sərhədlərimiz təhlükə altındadır. Rusiya tərəfindən genişmiqyaslı müharibənin başlayacağı reallıqdır, - P.Poroşenko bildirib.

Ukrayna prezidenti Rusiyanı Krımda hərbi cinayət törətməkdə ittiham edib.