Bütün dünya bu görüntülərdən danışır

Hindistanlı mexanik Abiş Dominik yeni dünya rekordu müəyyənləşdirib.

Unikal.org-un "Daily Mailə istinadən verdiyi xəbərə görə, o, bir dəqiqə ərzində 124 ədəd kokosu yumruğu ilə əzib.

Dominikin uğurlu çıxışının videosu da yayılıb. Videodan görünür ki, kişi hər kokosa bir yumruq zərbəsi endirir. Düzdür, onun bütün cəhdləri uğurlu olmasa da, özündən əvvəlki, alman Məhəmməd Qəhrəmanoviçin rekordunu 6 kokos artıq qırmaqla təzələyir.

Bu, 25 yaşlı Dominikin ilk belə "riskli tryuku deyil. O, yalın əllə hokkey ağacını və dəbilqəsini əzib, dişi ilə avtobusu 50 metr irəli çəkib.