Mərakeşin eyni adlı şəhərində yaşayış evi qismən uçub.

Unikal.org-un "Sinxua agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 4-ü xəsarət alıb.

Məlumata əsasən, bir ailənin üzvləri olan qadın hadisə yerində, daha iki uşaq isə xəstəxanada ölüb.

Xəsarət alanların vəziyyəti və insidentin səbəbləri barədə məlumat verilmir.