Yunanıstan və Bolqarıstan arasında qaz kəmərlərinin birləşdirilməsi "Cənub Qaz Dəhlizi" layihəsi üçün yeni perspektivlər açır. 

Unikal.org xəbər verir ki, bunu "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclası çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, layihənin iştirakında maraqlı olan ölkələrin sayı artır.

"2019-cu ilin sonunda bu birləşmə hazır olacaq. Yunanıstan ərazisindən Bolqarıstana kəmər uzanacaq. Bu ölkələr "Cənub Qaz Dəhlizi" layihəsinə qoşulmaqda maraqlı olduğunu bəyan ediblər. Bu isə "Cənub Qaz dəhlizi" layihəsi üçün yeni bir perspektivlər, yollar açır", - deyə nazir vurğulayıb.