Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Sadiq Gülməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org-un APA-ya istinadən xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Gülməmmədov barəsində 1 il 6 aylıq sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə ötən il Bakıda baş verib. S. Gülməmmədov aralarında yaranan münaqişə zəminində dayısı oğlunu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən S. Gülməmmədovu xilas etmək mümkün olub.