2016-cı ilin sentyabr ayında Moskva - Nyu-York reysi ilə uçan təyyarədə səhhəti kəskin pisləşmiş qadın sərnişinə vaxtında şəxsən tibbi yardım göstərərək, onun həyatını xilas etmiş Rusiyanın səhiyyə naziri Veronika Skvortsova "Qalxan və qızılgül mükafatı ilə təltif olunub.

Unikal.org  Virtualaz.org-a istinadən xəbər verir ki, illik ümumrusiya "Qalxan və qızılgül mükafatı vəzifə borcunu yerinə yetirərkən yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirmiş qadın dövlət qulluqçularına təqdim edilir.