İsveçin Vennersborq şəhərində qaçqınlar üçün sığınacaqda yanğın baş verib.

Unikal.org-un  məlumatına görə, yanğın nəticəsində 20-yə yaxın insan xəsarət alıb.

"Yanğın 3-cü mərtəbədə başlayıb. Məlumata görə, 2 nəfər yanğından xəsarət almamaq üçün pəncərədn atlanıb. Onlar ikisi də bədən xəsarətləri aldıqları üçün xəstəxanaya yerləşdirilib", - yerli polis deyib.

Hazırda yanğın söndürülüb.