Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğana telefonla zəng edib.

Unikal.org xəbər verir ki, Dövlətimizin başçısı Prezident Rəcəb Tayyip Ərdoğanı ad günü münasibətilə təbrik etmiş, qardaş Türkiyə xalqının firavanlığı naminə ali dövlətçilik fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb.

Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçıları yaxın gələcəkdə görüş haqqında razılaşıblar.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə ediblər. Azərbaycan Prezidenti Rəcəb Tayyip Ərdoğanı ad günü münasibətilə təbrik edib, qardaş Türkiyə xalqının firavanlığı naminə ali dövlətçilik fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb.