Zlatan İbrahimoviç gələcək karyerası ilə bağlı qərarını verib. "Mançester Yunaytedin hücumçusu daha bir il İngitərədə qalmağı düşünür.

Unikal.org xəbər verir ki, bu barədə "Daily Mirror nəşri xəbər yayıb. Nəşrin iddiasına görə, klubla futbolçu arasında yeni müqaviləylə bağlı danışıqlara start verilib.

Qeyd edək ki, onun "manukunianlar ilə qüvvədə olan müqaviləsi bu ilin yayında başa çatır.