Azərbaycanda gündəlik tələbat məhsullarından olan yumurtanın qiymətində yenidən bahalaşmaya başlayıb. 

Unikal.org-un məlumatına  görə, yumurtanın qiymətində 5-12 qəpik arası artım müşahidə olunub. Belə ki, broyler yumurtasının qiyməti 12 qəpikdən 17 qəpiyə, kənd-broyler yumurtası 20 qəpikdən 27 qəpiyə və kənd yumurtası isə 23 qəpikdən 35 qəpiyə qaldırılıb.

Qeyd edək ki, bir müddət əvvəl ucuzlaşan yumurtanın qiymətinin yenidən hansı səbəbdən bahalaşması məlum deyil.