Hindistanın Tamilnad ştatında turistləri daşıyan qayıq qəzaya uğrayıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 9 turist ölüb.

Onların vətəndaşlıqları barədə məlumat verilmir. Qəza zamanı qayıqda 20 nəfər olub. Hazırda axtarış əməliyyatı aparılır. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.