"Ermənistan tərəfi anlayır ki, baş verənlər sadəcə mübarizə ilə yekunlaşmayacaq, bu münaqişə Xankəndinin üzərində bayrağın dəyişməyi ilə başa çatacaq.

Unikal.org xəbər verir ki, bu barədə erməni politoloq Ara Papyan cəbhə xəttində baş verən gərginliyi şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi məhz buna görə son dövrlər silahlanmaya gedir.

"Ermənistanın siyasi rəhbərliyi hərbi pariteti saxlamaq haqda tez-tez danışır. Başqa çıxış yolu yoxdur. Çünki müharibə Xankəndinin üzərində bayrağın dəyişməsi ilə başa çatacaq, - deyə o, dolayısı ilə Xankəndində Azərbaycan bayrağının dalğalanacağına işarə edib.

Papyan Qarabağda yeni "aprel müharibəsinin baş verməsini də mümkün hesab edir.