Qətər Dövlətində rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevfevralın 26-da Dohada "Qatar Petroleumun prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.

Unikal.org-un məlumatına görə, görüşdə Azərbaycan ilə "Qatar Petroleum arasında əməkdaşlıq imkanları müzakirə edilib, bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulanıb.

"Qatar Petroleumun gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.