Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Kürd Regional Muxtariyyətinin (İKRM) rəhbəri Məsud Bərzanini qəbul edib.

Unikal.org xəbər verir ki, İstanbulda baş tutan görüş mətbuat üçün qapalı olub və bir saata yaxın davam edib.

Tərəflər İraqda, o cümlədən Mosul və Təll-Əfardakı vəziyyəti, həmçinin regionda PPK terrorçularının mövcudluğunu və Suriya məsələsini müzakirə ediblər.