Çexiya çempionatında qorxulu anlar yaşanıb.

Unikal.org Mundo Deportivo-ya istinadən bildirir ki, "Bohemians 1905" və "Slovacko" komandaları arasında keçirilən oyunda hücumçu ilə qapıçı toqquşub.

Qonaq komandanın oyunçusu Frensis Kone hücumda idi. Cərimə meydançasında ev sahibinin qapıçısı Martin Berkovets topa çıxaraq onu başı ilə qaytardı, amma bu zaman yıxıldı, üstəlik Frensis də onun üstünə aşdı.

Frensis qapıçının hərəkətsiz qaldığını və dilinin qatlandığını görüb. O, vaxtında Martinin dilini çıxararaq onu ölümdən xilas edib.

Bildirilir ki, bu, kot-d-ivuarlı hücumçunun artıq 4-cü belə hərəkətidir. Yəni futbol meydanında Frensis eyni qayda ilə 4 həyat qurtarıb.

İlk dəfə belə olay Frensisin başına Tailand çempionatında, iki dəfə isə Afrikada oynayarkən gəlib.

Berkovets xəstəxanaya aparılıb və həkim nəzarətindədir. Qapıçı elə xəstəxanadan onun həyatını qurtaran rəqibinə təşəkkür mesajı göndərib.