Bazar ertəsi İndoneziyanın Bandunq şəhərində partlayış olub.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, partlayış hökumətə məxsus binada baş verib.

Məlumata görə, hazırda hücum edən şəxslərdən ən azı biri binadadır. Polislə onun arasında atışma gedir.

Zərərçəkənlər barədə məlumat yoxdur.