Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş 50-55 yaşlı qadın meyiti tapılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər.

Araşdırma zamanı qadının adının Anjelika olduğu məlum olsa da, hələlik onun şəxsiyyətini tam dəqiqiləşdirmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.