Bir neçə gündən sonra o dəhşətli gecənin, Xocalı soyqrımının 25-ci ildönümü qeyd ediləcək. Ölkənin hər yerində o gecənin qurbanları anılaraq, bu faciəli gecənin qatilləri lənətlənəcək. Xocalı sakinləri o dəhşətli gecəni gözləri qarşısına gətirərək, soyqrım zamanı faciəli şəkildə həyatlarını itirən, girov götürülən yaxınlarının başına gələn o dəhşətləri göz önünə gətirəcəklər.

25 il keçsə belə Xocalı soyqrımı unudulmur, o dəhşətli gecənin anım günü bütün azərbaycanlılar xocalıların yanında olurlar. Xocalı sakinlərinin prblemləri də daim dövlətin diqqət mərkəzində saxlanılır. Soyqrıma məruz qalmış Xocalı sakinləri daim öz üzərlərində dövlət qayğısını hiss edirlər. Xocalı Rayon İcra Hakimiyyətindən sorğumuza verilən cavaba görə, aztəminatlı ailələrə və pensiyaçılara müavinət və təqaüdlərin ödənilməsi diqqət mərkəzində saxlanılır, gecikdirmə hallarına yol verilmir: "Təkcə ötən il ərzində Xocalı rayonundan olan 12550 nəfər məcburi köçkünlərə aylıq yemək xərclərinin ödənilməsi vaxtlı-vaxtında təmin edilib. Bu gün Rayon Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin xidməti ərazisində məskunlaşmış 1434 nəfər pensiyaçı qeydiyyatdadır. Onlardan 247 nəfər qocalığa görə 1135 nəfəri əlilliyə,35/47 nəfəri ailə başçısını itirməyə görə pensiya alır. Pensiyaçıların ümumi sayı 1434 nəfər olmaqla ötən il onların pensiyalarının ödənilməsinə, 237504 manat 57 qəpik vəsait xərclənib. Bir nəfərin orta aylığı 166 manat təşkil edir. Ötən il şöbədə 30 nəfərə yeni pensiya təyin olunmuşdur, onlardan 9 nəfəri yaşa görə, 18 nəfəri ikinci qrup əlilliyə görədir. Şöbə üzrə bu ilin ilk ayına 355 pensiya işi, 371 sosial müavinətlər qeydiyyatdadır. Onlardan 1 nəfər qocalığa görə, 124 nəfəri əlilliyə görə, 11/21 nəfəri ailə başçısını itirdiyinə görə, 157 nəfər sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqlara, 53 nəfər kommunal, nəqliyyat və digər xidmətlərə görə, 7/8 ailələrə, 1 nəfər bir yaşadək uşağı olan ailələrə 1/6 nəfər isə beşdən çox uşağı olan ailədir. Ünvanlı Dövlət sosial yardım təyin olunmuş ailələrin sayı 32 nəfər, 140 nəfər sosial yardım alan ailə onlardan 74-ü qadın, 83-ü uşaqdır.
Məşğulluq Mərkəzi tərəfindən 2016-cı il ərzində qeydiyyatda olan işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin təşkili sahəsində müəyyən işlər görülmüşdür. Ərazi Məşğulluq Proqramı "nda 2016-cı il üzrə nəzərdə tutulmuş 75 nəfərə qarşı 198 nəfər işsiz vətəndaş mərkəz tərəfindən işaxtaran kimi qeydiyyata alınmışdır. İl ərzində 35 nəfərə qarşı 31 nəfər işlə təmin olunmuşdur. 10 nəfərə qarşı 28 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 167 nəfər iş axtarana və 59 nəfər orta məktəbin yuxarı sinif şagirdlərinə peşə seçiminə düzgün yönəlməsi məqsədilə peşəyönümlü məsləhətlər verilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tadbirlər haqqında 07.04.2016-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar Öz Biznesinə Başla Təkmilləşdir proqramında 9 nəfər iş axtaran vətəndaşın iştirakı nəzərdə tutulmuşdur. Proqramın seçim mərhələsi həyata keçirilmişdir. Bu proqram nəticəsində birinci mərhələdə 9 nəfər nəzərdə tutulsa da, növbəti mərhələdə 25-30 nəfərin əhatə etməsi gözlənilir.
Rayonun 2016-cı il üçün yerli büdcəsi 4.199.995 manat plana qarşı 4.050.492 və yaxud 96 % icra olunmuşdur.2017-ci il üçün rayonun yerli büdcəsi 1.332.000 manat planlaşdırlmışdır ki, bu da ötən illə müqayisədə 70 % аzdır. Rayon üzrə Təhsil və Mədəniyyət şöbələrinin xərcləri 2017-ci ildən Mərkəzləşdirilmiş maliyyələşmələrdən aparılması nəzərdə tutulduğundan rayonun yerli xərclərində planlaşma aparılmışdır. Rayondan olan məcburi köçkünlərin sosial problemlərinin aradan qaldırılması istiqamətində xeyli iş görülmüşdür. Rayonumuzda digər sahələrdə olduğu kimi, təmir-tikinti sahəsində də bir sıra işlər görülmüşdür. Ümumilikdə rayon ərazisində abadlıq işləri daim aparılır və həmin işlərə tərəfimizdən nəzarət edilir. Əvvəlki illər kimi 2016-ci ildə də, bir neçə obyektdə əsaslı və cari təmir işlərinin aparılması üçün vəsait ayrılmışdır. Belə ki, Oğuz rayonu ərazisində yerləşən Qaragav kənd tam orta məktəbin əsaslı təmir üçün 11 990.00 manat vəsait ayrılmış və təmir işləri vaxtında yerinə yetirilmişdir.
İcra Hakimiyyətindən verilən məlumata görə, əhalinin normal həyat fəaliyyətinə maneələr törədən məsələlər daima diqqət mərkəzində saxlanılır. Daxili imkanlar hesabına yaşayış məntəqələrinin sel sularından mühafizə arxları mütəmadi olaraq təmizlənir, içməli su xətlərində təmir işləri aparılır, suvarma su xətlərinin bərpa edilməsi istiqamətində müvafiq qurumlarla birlikdə işlər görülür. 2016-cı ildə MKSİF-nun xətti ilə fərdi yaşayış evlərinə, həyatyanı sahələrə və yol təsərrüfatına daima ziyan verən sel sularının qarşısını almaq məqsədilə selötrücü xətt çəkilmiş, qeyd olunan mövcud problem aradan qaldırılmışdır. 2017-ci ildə narahat edən bir sıra məsələlər müəyyənləşdirilmiş,həmin məsələlərin həlli istiqamətində müvafiq qurumlarla birlikdə işlər həyata keçirilməkdədir. Belə ki, Börü və Meşəli qəsəbələrində məskunlaşmış məcburi köçkünlərin istifadəsində olan həyətyanı və əkin üçün ayrılmış torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə MKSİF-nun xətti ilə suvarma su xətlərinin çəkilməsi Kərkicahan qəsəbə tam orta məktəbinin və Aşağı Ağcakənd qəsəbəsində qəsəbədaxili yolların təmir edilməsi məqsədilə icmalar yaradılmışdır. Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış əhali üçün ayrılmış torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə qəsəbədən keçən su arxlarının daxili imkanlar hesabına təmir edilmə işləri aparılmaqdadır . Qeyd olunan suvarma arxlarının bərpası ərazidə məskunlaşmış əhalinin işsizlik probleminin qismən də olsa aradan qaldırılmasına yardım göstərməklə yanaşı Respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalında məcburi köçkünlərin iştirakını təmin edəcəkdir. Bununla yanaşı əhalinin işsizlik probleminin aradan qaldırılması məqsədi ilə əhalinin məşğuliyyət növü nəzərə alınaraq qəsəbədə xalçaçılıq müəssisəsinin yaradılması məqsədi ilə "Azərxalça səhmdar cəmiyyəti müvafiq işlər aparır. Belə ki, xalçaçılıq sahəsində çalışmaq istəyən 126 nəfərin adlı siyahısı tərtib edilərək "Azərxalça səhmdar cəmiyətinə təqdim edilmişdir. Hal-hazırda qəsəbəyə gələn su xətti düzgün çəkilmədiyindən əhali suyu birbaşa magistral xəttən götürür. Bunun üçün də Aşağı Ağcakənd qəsəbəsində 500 metr3-lik su anbarı tikintisinə ehtiyac var.
İcra Hakimiyyətindən bildirdilər ki, 2016-cı ilin sonuna ailələrin sayı 4146 olub. Ötən illə müqayisədə 46 ailə artım olmuşdur. Əhalinin məcburi köçkün şəraitində yaşadığını və müxtəlif rayonlarda məskunlaşdıqlarını nəzərə alaraq, ayda 4 dəfədən az olmayaraq, sakinlərlə yerlərdə səyyar-görüş qəbullar keçirilir. Bunun üçün, əvvəlcədən səyyar-görüş qəbullarının keçiriləcəyi məkan və tarix barədə yerlərə məlumat verilir. Təşkilat rəhbərləri ilə birlikdə səyyar-görüş qəbulları həyata keçirilir: "Qeyd edək ki, səyyar-görüş keçirildikdən sonra vətəndaş müraciətləri azalıb. Çünki, vətəndaşların problemləri yerində araşdırılır və həll olunur. 2016-cı ildə 41 dəfə məcburi köçkünlərin ən çox məskunlaşdığı ərazilərdə səyyar-görüş keçirilmişdir. Şəhər və rayonlarda keçirilən səyyar- görüşlərin 6-ı Bakı, 7-i Gəncə, 2-i Mingəçevir, 2-i Oğuz, 9-u Goranboy, 3-ü Bərdə, 2-i Yevlax, 2-i Ağcabədi, 3-ü Göyçay, 2-i Ağdaş, 3-ü Şəkidə keçirilmişdir. Görüş zamanı 142 vətəndaş müraciət etmişdir. Ötən il, rayon İHB-sı aparatına 312 vətəndaş müraciəti daxil olmuşdur. Müraciətlərdən 305-si ərizə, 7-i şikayət məzmununda olub.
Mələk Eyvazlı