"Dağınıq skleroz" xəstəliyindən əziyyət çəkən müğənni Sərdar Ortaçın yenidən müalicəyə başladığı bildirilib.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, pop ulduz qəbul etdiyi dərmanlara ayda 40 min lirə (təxminən 20 min manat) pul xərcləyir.

2014-cü ildə bu xəstəlik üzündən yatağa düşən müğənni son günlərdə tamamilə sağaldığını desə də, 47 yaşlı sənətçinin buna görə xaricdən xüsusi dərmanlar aldığı öyrənilib.

Müalicəsinə iynə ilə davam edən ifaçı bunu dayandırarsa, yeriməkdə çətinlik çəkəcəyi bildirilib.