Türkiyənin Müdafiə naziri Fikri Işık Kocaelinin Dilovası rayonundan Derinceyə doğru gedərkən kortejin arxasında olan bir avtomobildən atəş açıldığı deyilir.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis atəş açıldığı iddia edilən 41 nömrəli ağ rəngli İzmit istiqamətinə hərəkət edən avtomobilin arxasına düşüb. Toy kortejindən atəş açıldığını təsbit edən polis şübhəliləri tutmaq üçün əməliyyat keçirib.

Kocaeli Təhlükəsizlik İdarəsinin əməkdaşları toy kortejində atəş açan şəxsi saxlayıblar. 19 yaşlı Berat T. -nin tapançanı məhəllədəki evinə qoyduqdan sonra sevgilisiylə görüşdüyü məlum olub. Polis Berat T. -nin istifadə etdiyi avtomobilin dostuna aid olduğunu ortaya çıxarıb. Berat T. ifadəsi alınmaq üçün polis şöbəsinə aparılıb.