Bakıda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 528-ci məhəllə, ev 11 ünvanında qeydə alınıb. Belə ki, həmin binada yaşayan 1981-ci il təvəllüdlü F.Məmmədovun mənzilindən naməlum şəraitdə 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Polis fakt üzrə araşdırma aparır.