Fevralın 28-də saat 10:00-dan 18:00-dək Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin, Cəlilabad rayonunun Günəşli, Alar, Təzəkənd və Qarazəncir kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Bu barədə Unikal.org-a"Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudiyyət "Qaz İxrac İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin balansında olan "Ceyranbatan və "Qobu, Ağdaş magistral qaz kəmərləri sahəsinin balansında olan "Ucar, "Lək və "Zərdab, Astara magistral qaz kəmərləri sahəsinin balansında olan "Günəşli qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında aparılacaq carı təmir işləri ilə əlaqədardır.

Aparılan işlərin Ucar və Zərdab rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.