Cəlilabadda 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Ələt- Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Qasımovun idarə etdiyi "VAZ-2107 markalı avtomobil Astara istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn yanacaqdaşıyan qoşqulu yük avtomobili ilə toqquşub.

Nəticədə sürücü də daxil olmaqla minik maşınında olan sərnişinlər - Ceyhun Nəsirov, Könül və İradə Nəsirovalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qəzanın hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq.