Prezident İlham Əliyev Dominikan Respublikasının Prezidenti Danilo Medinaya təbrik məktubu ünvanlayıb.

Unikal.org xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Dominikan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə və dost xalqınıza ən xoş arzularımı yetirirəm."