Ermənistan tərəfi Azərbaycan hərbçilərinin meyitlərinin neytral zonadan çıxarılmasının görüntülərini yayıb.
Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, kadrlarda meyitlərin götürülməsi üçün neytral zonaya göndərilən hərbi təcili tibbi yardım avtomobilləri görüntülənib.
Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib.