Xüsusi təyinatlılar intiqam andı içdilər

Unikal.org xəbər verir ki, Türkiyənin xüsusi təyinatlı əsgərlərinin Xocalı soyqırımını anmaq üçün 1 dəqiqəlik sayğı duruşunda durduğu video yayılıb.

 Qarlı dağ başında çəkilən görüntülərdə komandir əsgərlərinə Xocalı faciəsi ilə bağlı məlumat verir və soyqırımda həyatını itirən insanlara rəhmət diləyir.

Sonda isə əsgərlər Xocalının qisasını alacaqlarına dair and içirlər.